• cümə axşamı, 28 mart, 16:45
  • Baku Bakı 16°C

Görüşə getməyən yeniyetmələr

11.09.19 09:45 540
Görüşə getməyən yeniyetmələr
Romantik münasibətləri olmayan və görüşə getməyən yeniyetmələr digər yaşıdları ilə müqayisədə daha güclü sosial vərdişlərə malik olur, depressiyaya daha az məruz qalır.
AZƏRTACxəbər verir ki, ABŞ-da aparılmış yeni araşdırmanın müəllifləri bu qənaətə gəliblər. 594 nəfər onuncu sinif şagirdi arasında aparılmış sorğuların nəticələri "Məktəblərdə sağlamlıq” jurnalında dərc olunub. Materialda qeyd edilir ki, romantik münasibətləri olmayan şagirdlər, müəllimlərin fikrincə, daha yüksək sosial vərdişlərə və liderlik keyfiyyətinə malik olur.
Yeniyetmə yaşında romantik münasibətlərə aludə olmayan şagirdlər nəticə etibarilə bu cür münasibətlərə sonrakı illərdə qoşulmuş yaşıdları ilə müqayisədə özlərini daha yaxşı hiss edirlər. Yeniyetmələr romantik münasibətlərin dramatizmi qarşısında aciz qalır, bu münasibətlər mürəkkəbləşəndə onlar depressiyaya məruz qalır. Həmin yaşda romantik münasibətləri olmayan şagirdlər isə bu mühüm keçid dövründə əsas diqqəti dərs məşğələlərinə, fiziki və mənəvi inkişafa yönəldirlər. Tədqiqat müəlliflərinin fikrincə, yeniyetmələrin sağlamlığına nail olmaq üçün erkən yeniyetməlik dövründə onların romantik görüşləri olmasa yaxşıdır.
banner

Oxşar Xəbərlər