• şənbə, 20 Aprel, 11:23
  • Baku Bakı 14°C

Görüşdülər, danışdılar, razılaşdılar

11.02.19 11:50 539
Görüşdülər, danışdılar, razılaşdılar
Ula Qunnar Sulşer mövsümün sonunda "Mançester Yunayted”i tərk etməyəcək.
Kaspi.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 26-cə turunda MY "fulhem”i 3:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra Sulşer və agenti oyundan sonra "Mançester Yunayted”in direktorlar şurasının üzvü Avram Qleyzerlə görüşüblər.
Müzakirələrdən sonra Sulşerin MY-də qalmasına qərar verilib. O, növbəti mövsümdə də komandanı çalışdıracaq. Bun unla bağlı rəsmi açıqlama isə mövsümün sonunda veriləcək.
Sulşer Joze Mourinyo istefaya göndərildikdən sonra komandaya başçılıq edir. Onunla mövsümün sonuna qədər müqavilə bağlanmışdı. MY Sulşerin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 9 oyundan 8-də qalib gəlib, bir qarşılaşma isə heç-heçə başa çatıb.
banner

Oxşar Xəbərlər