• cümə axşamı, 25 aprel, 08:43
  • Baku Bakı 14°C

Görkəmli rəssam Zurab Sereteli 85 illik yubileyini qeyd edir

04.01.19 13:00 684
Görkəmli rəssam Zurab Sereteli 85 illik yubileyini qeyd edir
SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, tanınmış heykəltəraş Zurab Seretelinin 85 yaşı tamam olur.
AZƏRTACxəbər verir ki, Zurab Sereteli Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. Tbilisi Rəssamlıq Akademiyasını bitirdikdən sonra, 1964-cü ildə Fransada təhsilini davam etdirib. Görkəmli rəssamlar Pablo Pikasso və Mark Şaqaldan ustad dərsləri alıb.
Zurab Sereteli 5000-dən çox rəsm əsəri, heykəl və monumental-dekorativ incəsənət nümunəsinin müəllifidir. Onun heykəltəraşlıq əsərləri Rusiya və MDB dövlətləri ilə yanaşı, ABŞ, İspaniya, İtaliya və digər ölkələrinin küçə və meydanlarını bəzəyir.
Zurab Sereteli Azərbaycanın dostudur. Görkəmli rəssam Azərbaycan xalqına, ümummilli lider Heydər Əliyevə səmimi münasibətini hər zaman nümayiş etdirir. "Baku” jurnalının redaktoru Leyla Əliyevaya müsahibəsində Z.Sereteli xatırlayıb ki, Heydər Əliyev onun Tbilisidəki emalatxanasına tez-tez gəlirdi. "Sizin babanız çox müdrik adam idi. O, mənim Tbilisidəki emalatxanama tez-tez gələrdi. Hər zaman çalışırdı ki, Qafqaz rəssamları birlikdə olsunlar, mədəni birliyimiz itməsin. O anlayırdı ki, dövlət rəssamları dəstəkləməli, böyük sənətin əsas sifarişçisi və istehlakçısı olmalıdır. Onun belə incə yanaşması var idi. Mən ona heyran idim”, - deyə rəssam bildirib.
Ahıl yaşına baxmayaraq Zurab Sereteli hazırda Puerto-Rikoda Xristofor Kolumbun heykəli üzərində işləyir. Ustad jurnalistlərə bildirib ki, 126 metrlik heykəl "Avropa Amerikanı necə tapdı” layihəsi çərçivəsində ucaldılır.
banner

Oxşar Xəbərlər