• cümə, 29 Mart, 14:08
  • Baku Bakı 14°C

Görkəmli kinorejissor Tofiq Tağızadənin xatirəsi anılacaq

25.02.19 09:07 497
Görkəmli kinorejissor Tofiq Tağızadənin xatirəsi anılacaq
Martın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.
Bu barədəAZƏRTAC-a Dövlət Film Fondunun mətbuat katibi Rəşad Qasımov məlumat verib.
Bildirib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Eyni zamanda, "ARB Aranfilm” yaradıcılıq mərkəzinin istehsalı olan, rejissor Yeganə Əbdülməmmədovanın "Tofiq Tağızadə - 100” sənədli filmi nümayiş olunacaq.
banner

Oxşar Xəbərlər