• cümə, 29 Mart, 19:20
  • Baku Bakı 14°C

Görkəmli bəstəkar Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq

04.09.18 12:30 546
Görkəmli bəstəkar Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun 85 illik yubileyi münasibətilə fortepiano və orkestr üçün konsert səslənəcək.
Trend-in məlumatına görə, konsert dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq. Konsertdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcəklər. Solisti Xalq artisti Murad Adıgözəlzadə olan konsert çərçivəsində bəstəkarın əsərləri ilə yanaşı, digər Azərbaycan bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.
Qeyd edək ki, səkkiz gün davam edəcək festival çərçivəsində bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin xatirəsinə həsr edilmiş konsert proqramları keçiriləcək.
banner

Oxşar Xəbərlər