• çərşənbə, 24 Aprel, 01:23
  • Baku Bakı 14°C

Görkəmli alimlərin adına mükafatlar təsis edildi

24.04.19 18:52 582
Görkəmli alimlərin adına mükafatlar təsis edildi
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti görkəmli alimlərin adına AMEA-nın mükafatlarının təsis edilməsi haqqında qərar qəbul edib.
Trend-in məlumatına görə, RH-nin bu gün keçirilən iclasında Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi müzakirə olunub.
Tədbirdə elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb.
İclasda "Akademik Əşrəf Hüseynov adına mükafat”, "Akademik Əli Quliyev adına mükafat”, "Akademik Mirəli Qaşqay adına mükafat”, "Akademik Ələşrəf Əlizadə adına mükafat”, "Akademik Vahab Əliyev adına mükafat”, "Akademik Cəlal Əliyev adına mükafat”, "Akademik Məmmədcəfər Cəfərov adına mükafat” və "Abbasqulu ağa Bakıxanov adına mükafat”ın təsisi haqqında qərar qəbul edilib.
banner

Oxşar Xəbərlər