• cümə axşamı, 25 aprel, 05:06
  • Baku Bakı 19°C

Görkəmli alim Süleyman Əliyarlı torpağa tapşırılıb

17.01.14 12:17 2276
Görkəmli alim Süleyman Əliyarlı torpağa tapşırılıb
APA-nın məlumatına görə, mərhumun mənzilində baş tutan vida mərasimində ailə üzvləri, yaxınları, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov, sabiq təhsil naziri Firudin Cəlilov və başqaları iştirak ediblər.
S. Əliyarlı Yasamal qəbiristanlığında dəfn olunub.
S. Əliyarlı ötən gün axşam saatlarında 84 yaşında vəfat edib.
Süleyman Sərdar oğlu Əliyarlı 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirib. O, 1978-ci ildən 2001-ci ilədək - 23 il BDU-nun Azərbaycan tarixi kafedrasına başçılıq edib.
1989-2000-ci illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasının sədri, 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olub.
1990-cu ildə “Azərbaycanın Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.
2002-ci ildə türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər" ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biri olub.
150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifi olan Süleyman Əliyarlı 18 elmlər namizədi və 3 elmlər doktoru yetişdirib.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər