• cümə, 19 Aprel, 19:59
  • Baku Bakı 24°C

Goranboylu gənclər fəxri fərmanla mükafatlandırıldılar

31.01.20 20:03 2167
Goranboylu gənclər fəxri fərmanla mükafatlandırıldılar
Goranboy rayon İcra Hakimiyyəti və rayon Gənclər – İdman İdarəsinin təşkilatçılığı ilə, 2 fevral Gənclər Günü ilə bağlı Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Bu barədə Goranboy RİH-dən məlumat verilib.
"Tədbirdə rayon İcra Hakimiyyətiin başçısı, ziyalılar və rayonun fəal gəncləri iştirak edirdilər. Tədbir iştirakçıları ilk olaraq Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, sonra Mərkəzdə nümayiş etdirilən yeniyetmlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi, daha sonra tədbir konfrasla davam etdirildi.
Tədbirdə çıxış edən icra başçısı cənab Məhərrəm Quliyev Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən "Dövlət Gənclər siyasəti” və bu siyasətə uyğun olaraq rayonumuzda həyata keçirilən məqsədyönlü layihələr və görülmüş işlər barədə məlumat verdi", - deyə RİH-dən bildirilib.
Tədbirin sonunda "İlin adamı” müsabiqəsinin qaliblərinə Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edilib.
banner

Oxşar Xəbərlər