• çərşənbə axşamı, 23 aprel, 15:02
  • Baku Bakı 24°C

Goranboyda yol qəzası baş verib, 12 nəfər xəstəxanaya yerləşdirilib

21.11.17 20:11 4445
Goranboyda yol qəzası baş verib, 12 nəfər xəstəxanaya yerləşdirilib
Goranboyda baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb. Xəsarət alanlardan 11 nəfərGəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasınayerləşdirilib. Yaralılardan6 nəfərin vəziyyəti orta ağırdır. Qəzanın səbəbləri araşdırılır.


----------
19.57
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Bəşirabbas kəndi ərazisində "Oka" və "Zaporojets" markalı avtomobillərtoqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan 6 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir.Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər