• çərşənbə axşamı, 19 mart, 09:29
  • Baku Bakı 8°C

Goranboyda xəstəxana tikintisinə 22 milyon manat ayrıldı

19.03.18 18:58 525
Goranboyda xəstəxana tikintisinə 22 milyon manat ayrıldı
Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.AZƏRTAC-ın məlumatına görə, sərəncama əsasən, Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.
Bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.
banner

Oxşar Xəbərlər