• çərşənbə, 24 Aprel, 08:05
  • Baku Bakı 13°C

Goranboyda sahibkarlar üçün treninq keçirilib

30.10.14 16:41 1555
Goranboyda sahibkarlar üçün treninq keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi (BBTM) tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlərin davamı olaraq növbəti treninq oktyabrın 30-da Goranboy rayonunun əsasən məcburi köçkünlərin məskunlaşdığı Yeni Yaşayış Massivində təşkil edilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, BBTM-in Gəncə nümayəndəliyinin təşkilatçılığı və Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması, İSN tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, biznes planların hazırlanması, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və sair barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə təqdimatlar keçirilib, iştirakçılara metodiki vəsaitlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər