AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Goranboyda polis əməkdaşına qarşı zor tətbiq olunub

Goranboyda polis əməkdaşına qarşı zor tətbiq olunub

Kriminal
05 Sentyabr 2020, 20:00 369
Sentyabrın 3-də Goranboy rayon polis şöbəsinin əməkdaşına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Goranboy rayon prokurorluğundan bildirilib ki, araşdırmalarla həmin gün saat 21 radələrində Goranboy rayonu ərazisində rayon sakini Natiq Şirinovun ailəsində münaqişənin baş verməsi ilə bağlı daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş Goranboy rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvü Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Əliyevə qarşı Natiq Şirinov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Natiq Şirinova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə, o, təqsirlədirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.