• şənbə, 20 Aprel, 16:51
  • Baku Bakı 23°C

Goranboyda 16 yaşlı qızı qaçıran şəxslər tutulub

25.09.19 11:15 676
Goranboyda 16 yaşlı qızı qaçıran şəxslər tutulub
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyevin yeri Gəncə şəhərində müəyyən edilib.
APA-nın yerli bürosnun məlumatına görə, dərhal əməliyyat qrupu həmin yerə cəlb olunub. İlqar Mehdiyev tutularaq rayon polis şöbəsinə gətrilib. 16 yaşlı qızın isə vəziyyətinin normal olduğu bildirilir. Qızın yaxınların bildirliblər ki, övladları sabah onlara qaytarılacaq.

****
Sentyabr 17-də Goranboyda 16 yaşlı qızın qaçırılmasında istifadə olunan avtomobil və sürücü saxlanılıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yaşlı qızın qaçırılmasında iştirak edən, rayon sakini Bayramov İlqar Ələmşah oğlu idarə etdiyi "Mercedes” markalı, 22 BH 414dövlət nömrə nişanlı avtomobilə ilə birlikdə saxlanılıb.
Hazırda yeniyetmə qızı qaçıran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Kənd sakini olan 16 yaşlı qız həmkəndliləritərəfindən qaçırılıb.
Məlumata görə, yeniyetmə qızı fiziki məhdudiyyətli şəxslə evləndirmək məqsədi ilə qaçırıblar.
banner

Oxşar Xəbərlər