• şənbə, 20 Aprel, 17:50
  • Baku Bakı 23°C

Gömrükçülər narkotik vasitə aşkarlayıb

12.11.18 11:38 568
Gömrükçülər narkotik vasitə aşkarlayıb
Gömrükçülər narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindənAZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar” gömrük postunda İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.
Sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından 5 ədəd bükümdə, ümumi çəkisi 170 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 5 ədəd "metadon” həbləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər