• cümə axşamı, 25 aprel, 03:13
  • Baku Bakı 19°C

Gömrükçülər ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısını alıb

31.10.17 17:55 988
Gömrükçülər ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısını alıb
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı yanacaq çəninin içərisindən 77 qutu "Belomorkanal" markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər