• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

28.09.16 15:17 903
Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında,Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, həmin şəxshavalimanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycanın aksiz markası ilə markalanmayan 16 min ədəd "Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər