AZE | RUS | ENG |

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb
Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı üzərində gizlədilmiş və ya mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin o, nəzarət-yoxlama qurğusundan keçərkən qurğunun xəbərdaredici siqnal verməsi səbəbindən saxlanılıb. Daha sonra, vətəndaşın üst geyiminin altında cəmi 2840 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN