• şənbə, 27 Aprel, 07:10
  • Baku Bakı 12°C

Gömrük Komitəsi: Azərbaycana narkotiklərin 95%-i İrandan gətirilir

07.11.13 13:40 1073
Gömrük Komitəsi: Azərbaycana narkotiklərin 95%-i İrandan gətirilir
Azərbaycan ərazisinə daxil olan narkotiklərin 95%-i İrandan gətirilir.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, son illər Xəzər dənizi vasitəsilə qonşu dövlətlərdən narkotik qaçaqmalçılığı müşahidə edilmir: «Biz bu məsələ ilə bağlı İran tərəfi ilə danışıqlar aparırıq. Bu təkcə bizim bəla deyil. Bu, İranın özü üçün də böyük bir bəladır».
A.Əliyev bildirib ki, bu problem İranın Əfqanıstanla qonşu olması ilə bağlıdır: «Əfqanıstan dünyada narkotik vasitələrinin ən böyük istehsalçısıdır. Ona görə də bu daşımaların qarşısının alınması üçün Azərbaycanla İran arasında elə bir proqramın tərtibi düşünülmür».
DGK sədri qeyd edib ki, bu, iki ölkənin təşəbbüsü ilə həll olunan məsələ deyil: «Ona görə də qaçaqmalçılığın qarşısının alınması, narkotik vasitələrinin daşınması və digər məsələlərlə bağlı problemlərin aradan qaldırılması üçün bütün aparıcı ölkələrin dəstəyi vacibdir».
banner

Oxşar Xəbərlər