• cümə axşamı, 28 mart, 12:22
  • Baku Bakı 16°C

“Gizli qrant alanlar ifşa edilib, kimlikləri cəmiyyətə çatdırılmalı idi”

27.08.14 16:55 1011
“Gizli qrant alanlar ifşa edilib, kimlikləri cəmiyyətə çatdırılmalı idi”
“Dövlətin vergi qanunvericiliyinin tələblərini pozan, başqa dövlətlərdən gizli qaydada qrant alıb, bununla özünə maşın, villa alan şəxslər hələ bir dövlət qurumlarını qeyri-şəffaflıqda ittiham edib, siyasi hakimiyyəti tənqid edirlər.
Bu dövlətdə yaşaya-yaşaya gizli yollarla pullar əldə edib özünü təmiz göstərənləri nəhayət ki, hüquq-mühafizə orqanları ifşa etməli və kimliklərini cəmiyyətə çatdırmalı idi. Bunun baş verməsi tam normaldır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bir neçə QHT təmsilçisinin həbsinə münasibət bildirərkən deyib.
Ç.Qənizadə bu həbslərin gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə, demokratiyadan, insan haqlarından danışan QHT-lər özləri də şəffaf fəaliyyət göstərməlidirlər: “Mən belə olacağını təxmin edirdim. Çünki QHT sektorunda olanlar həmişə tədbirlərində, fikirlərində aşkarlığın, demokratiyanın, insan azadlığının tərəfdarı olduğumuzu, korrupsiya və rüşvətxorluğun yolverilməz olduğunu qeyd edirdik. Lakin bu fikirlərlə çıxış edən insanların özünün fəaliyyətində anormallıq var".
Ç.Qənizadə deyib ki, layihə və qrantların əleyhinə deyil: "Lakin qrantların, maliyyələrin alınması və xərclənməsi zamanı baş verən pozuntuların gizli qalması yolverilməzdir. Maliyyə, mühasibat uçotlarının vergi ödəyicisi olan təşkilatların vergi ilə bağlı ödəmələrini həyata keçirməməsi gec-tez buna gətirib çıxalmalı idi. Bu gün Azərbaycanda sabitliyin olmasını arzu etməyən, Dağlıq Qarabağ kimi problemimizi beynəlxalq hüquq normaları çərçivəsində həll etmək istəməyən dövlətlərin Azərbaycana guya insan haqları, demokratiyaya dəstək adı altında pul ayırması gülüncdür".
Ç.Qənizadə həbs olunan QHT rəhbərlərinin azadlığa buraxılmasını arzu etdiyini də qeyd edib: "Hesab edirəm ki, bu cür şəxslərə məhkəmələr tərəfindən ciddi maliyyə sanksiyaları tətbiq etməklə, dövlətdən oğurladıqları pulların əvəzinin artıqlaması ilə ödənilməklə, onların fəaliyyəti nəzarət altına alaraq, bu məsələnin sivil formada həllinin tərəfdarıyam”.
banner

Oxşar Xəbərlər