• cümə, 26 Aprel, 18:38
  • Baku Bakı 22°C

Gizli cinayətin üstü “isti izlər”lə açılıb

24.07.20 12:00 800
Gizli cinayətin üstü “isti izlər”lə açılıb
İyulun 19-da paytaxtın Xətai rayon sakini 1981-ci il tarixli Əkbər Nuriyevin itkin düşməsi barədə ailə üzvləri tərəfindən Xətai rayon polis idarəsinə müraciət edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, həmin müraciət əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində gizli cinayət "isti izlər”lə açılıb və itkin düşmüş Əkbər Nuriyevin Lerik rayonu ərazisində qəsdən öldürülməsi müəyyənləşdirilib.
Araşdırmalarla 1960-cı il təvəllüdlü Akif Rzayevin kürəkəni Əkbər Nuriyevi iyulun 19-da Lerik rayonuna aparmasına, orada ailə daxilində baş verən narazılıqlar səbəbindən aralarında yaranmış mübahisə zamanı küt alətlə baş nahiyəsinə zərbələr endirməklə qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədilə meyiti yandıraraq basdırmasına əsaslı şübhələr müəyyən olunub.
Prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Meyit gizlədilmək məqsədilə basdırılmış yerdə yanmış vəziyyətdə aşkarlanaraq məhkəmə-tibb ekspertizasından keçirilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Akif Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər