• cümə axşamı, 28 mart, 22:37
  • Baku Bakı 13°C

GIZ jurnalistlər arasında müsabiqəsini elan edir

04.05.16 15:49 1256
GIZ jurnalistlər arasında müsabiqəsini elan edir
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ)"Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı
jurnalistlər arasında"Vərəsəlik hüququ: qanunvericilik və təcrübə”mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Müsabiqəyə vərəsəlik hüququna həsr olunmuş məqalələr, o cümlədən vərəsəlik hüququnun əsaslarını, qanun və vəsiyyət üzrə vərəsəliyin xüsusiyyətlərini, mirasın əldə edilməsini, habelə digər məsələ və problemləri əhatə edən təhlil xarakterli məqalələr qəbul edilir.

Məqalələrin qiymətləndirilmə meyarları:

- qanunvericiliyə istinad olunaraq onun normalarının tətbiqi zamanı meydana çıxan problemlərin təhlili;

- vərəsəlik hüququ sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu zaman xarici təcrübəyə istinad edilməsi;

- yazının vərəsəlik hüququ üzrə qanunvericiliyinin təkmilləşdirilməsinin təmin olunması baxımından əhəmiyyəti;

- yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 500 AZN
İkinci yer – 400 AZN
Üçüncü yer – 300 AZN

Müsabiqənin texniki şərtləri:

1. Jurnalistlər müsabiqəyə 01 Fevral 2016-cı ildən 19 Mart 2016-cı ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) «Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi» regional proqramının Bakıdakı bürosunun ünvanı: Gənclər meydanı 1, AZ 1005 Bakı, Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63;
banner

Oxşar Xəbərlər