• cümə, 26 Aprel, 13:09
  • Baku Bakı 23°C

Girov götürülən azərbaycanlı iş adamı azad olundu - Ukraynada

07.02.17 16:59 920
Girov götürülən azərbaycanlı iş adamı azad olundu - Ukraynada
Ukraynada daha bir azərbaycanlı iş adamı girov götürülüb.

APA-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Eldar İsgəndərov paytaxt Kiyev şəhərində yaşadığı mənzilin qarşısında oğurlanıb.

Bir müddət sonra E. İsgəndərov qohumlarının səyi nəticəsində pul müqabilində azad olunub.

Xatırladaq ki, son bir neçə ildə Ukraynada azərbaycanlı iş adamlarının və övladlarının oğurlanaraq pul müqabilində azad olunmaları faktları aşkarlanıb. Bununla bağlı ötən ilin sentyabrın 14-də Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər, erməni əsilli nazir Arsen Avakovu baş verənlərlə bağlı ittiham ediblər. Bunun ardınca Azərbaycanın baş prokuroruZakir Qaralovukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edib. Azərbaycanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilirdi ki, Ukrayna baş prokurorluğu bununla bağlı ölçü götürəcəyini açıqlasa da, indiyədək heç bir cinayət işi açılmayıb, araşdırma aparılmayıb.
banner

Oxşar Xəbərlər