• cümə, 29 Mart, 12:51
  • Baku Bakı 14°C

Gimnastlarımız Dünya Kubokunda iştirak ediblər

19.08.13 13:43 1251
Gimnastlarımız Dünya Kubokunda iştirak ediblər
Azərbaycanlı gimnastlar Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda iştirak ediblər
Azərbaycanlı gimnast Marina Durunda hər dörd mərhələyə çıxıb və iştirak edib.
Onun əldə etdiyi ən yaxşı nəticə lentlə olan hərəkətlərdə olub ki, burada gimnastımız beşinci yeri tutub. Gimnastımız üçüncü yeri tutan idmançıdan 0,4 bal az toplayıb. Çoxnövlülük yarışlarında isə Marina 54 idmançı arasında altıncı yeri tutub.
Trend xəbər verir ki, daha bir gimnastımız Lalə Yusifova öz komanda yoldaşından iki pillə aşağıda yer tutub. Topla olan tapşırıqlarda Yusifova finala çıxsa da, bu mərhələdə mükafatçılar siyahısına düşə bilməyib.
Qrup üzrə komandamız 3 top və 2 lentlə olan tapşırıqlarda səkkizinci yeri tutub. Çoxnövlülük üzrə tapşırıqlarda isə Səbinə Qaratova, Səbinə Abbasova, Mənsurə Bağıyeva, Aliya Paşayeva, Siyana Vasilyeva və İradə Əhədzadə 24 kollektiv arasında analoji nəticəni göstəriblər.
Milli komandanın məşqçilər qərargahı gimnastların çıxışlarından razı qalıb. Milli komandanın baş məşqçisi Marina Vasilyeva açıqlamasında bildirib: "İki aylıq səssizlikdən sonra idmançılarımız ukraynalı gimnastlar istisna olmaqla adlı-sanlı rəqibləri ilə bir finala çıxmaqla özlərini göstərdilər. Lakin artıq bizim fikirlərimiz Kiyevdədir. Dünya Çempionatının başlamasına elə də çox qalmayıb - bir həftədən bir az çox. Ona görə də Sankt-Peterburqda buraxdığımız səhvləri düzəldəcəyik".
banner

Oxşar Xəbərlər