• cümə, 19 Aprel, 00:37
  • Baku Bakı 18°C

Gimnastımız dünya çempionatında bürünc medal qazandı

20.10.14 14:37 1171
Gimnastımız dünya çempionatında bürünc medal qazandı
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ənənəvi klublararası dünya çempionatında 18 klub iştirak edib. Hər bir komandanın tərkibinə üç gimnast daxil olub ki, bunlardan ikisi senyor, biri isə yuniordur.
Azərbaycanın "Ocaq Sport Club" klubu Marina Durunda, Gülsüm Şəfizadə və Jalə Piriyevanın timsalında yarışların yekununda beşinci yeri tutub.
Yunior J.Piriyeva yenə də fərqlənərək bürünc medal qazanıb. O, lent, top, gürz və halqa ilə parlaq və yaddaqalan çıxışına görə hakimlərdən yüksək qiymət alaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Rusiyalı Veronika Polyakova birinci, Belarus təmsilçisi Mariya Trubaç isə ikinci yerə layiq görülüb.
"AEON Cup" ilə eyni zamanda Berlinin Maks-Şmelinq-Halle idman sarayında bədii gimnastika üzrə "Berlin-masters-2014" Qran-pri seriyasından sayca 14-cü ənənəvi turnir keçirilib.
Yarışlarda 13 ölkənin idmançısı iştirak edib və çıxışlarının yekunu üzrə 60,400 bal toplayan gimnastımız Ayşən Bayramova 10-cu yeri tutub.
Bu arada oktyabrın, 17-də Astana şəhərində bədii gimnastika üzrə "Kubok Julduz 2014" III beynəlxalq turnir başa çatıb.
Yarışlarda 1988-ci il təvəllüdlü və daha aşağı yaş qrupundan olan 9 ölkənin idmançısı iştirak edib.
Azərbaycan turnirdə Sevil Məmmədovanın rəhbərliyi altında 8 gənc idmançı ilə təmsil olunub. Ölkəni hakimlər korpusunda Fatimə Şəfizadə və Kamilla Məmmədova təmsil ediblər.
Gənc gimnastlarımızdan biri olan Fatimə Məmmədzadə əsl sürpriz göstərib. Belə ki, o, 2007-ci il təvəllüdlü idmançıların yarışında əşyalarsız çıxış edərək qızıl medala sahib çıxıb.
Bundan başqa, 2004-cü il təvəllüdlü idmançıların yarışında Nərminə Səmədova topla və iplə tapşırıqlarda gümüş medala sahib olub, Alina Gözəlova (2006-cı il təvəllüdlü) əşyalarsız çıxış edərək turnirin gümüş mükafatçısı adını qazanıb.
banner

Oxşar Xəbərlər