AZE | RUS | ENG |

Gimnastımız dünya çempionatında 194 idmançı arasında 7-ci oldu

Gimnastımız dünya çempionatında 194 idmançı arasında 7-ci oldu
Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə 48-ci dünya çempionatı öz işinə yekun vurub.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ən güclülərin müəyyənləşdiyi bu turnirdə komandamız Murad Ağarzayev, Timur Bayramov, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov və qadınlar arasında Marina Nekrasovadan ibarət gimnast heyətilə təmsil olunub.
İdmançılarımızdan ən yaxşı nəticə ilə N.Simonov fərqlənməyi bacarıb. Millimizin üzvü dünya nəhənglərinin sırasına daxil ola bilmək üçün bütün gücünü toplayaraq ona olan ümidləri doğrultmağa çalışıb. Belə ki, bir neçə ay öncə qitə birinciliyində çıxış edən Nikita halqalarla çıxışını 12-ci yerdə başa vurmuşdu. Bu dəfə isə sevimli aləti halqalarda öz proqramını daha da mükəmməlləşdirməsi gimnastımızı məhz dünya çempionatında 194 gimnast arasında 7-ci edib.
Qarşıda isə gimnastlarımızı növbəti ciddi start - Olimpiya Oyunlarına təsnifat yarışları gözləyir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311