• çərşənbə axşamı, 19 mart, 08:53
  • Baku Bakı 8°C

Gimnastika üzrə gələcək dünya çempionatlarının tarixi Bakıda razılaşdırılıb

04.12.18 20:45 579
Gimnastika üzrə gələcək dünya çempionatlarının tarixi Bakıda razılaşdırılıb
Bədii gimnastika üzrə 39-cu dünya çempionatı 2022-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
Trend-in Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəsmi saytına istinadən məlumatına görə, bu qərar FİG-in İcraiyyə komitəsinin 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçirilən iclasında qəbul edilib.
Dünya çempionatı 2022-ci il 12-18 sentyabrda keçiriləcək.
Gənclər arasında idman gimnastikası üzrə dünya çempionatı 2019-cu il 27-30 iyunda Macarıstanın Dyor şəhərində, gənclər arasında bədii gimnastika üzrə dünya çempionatı isə gələn il 19-21 iyulda Moskvada keçiriləcək.
banner

Oxşar Xəbərlər