• şənbə, 20 Aprel, 01:17
  • Baku Bakı 15°C

Gəzi parkı üsyançıları həbs edilir

18.06.13 11:58 1355
Gəzi parkı üsyançıları həbs edilir
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gəzi olayları ilə əlaqədar aparılan istintaq çərçivəsində əməliyyat keçirilən əməliyyatda çox sayda şəxs həbs olunub. Basqın olunan ünvanlar arasında “Atılım” qəzeti və “Etkin” Xəbər Agentliyi də var. Analoji əməliyyatın paytaxt Ankarada da baş tutub.
Xatırladaq ki, bir müddət öncə İstanbulun Taksim meydanında Gəzi parkının sökülməsi əleyhinə aksiyalar başlayıb. Ekoloji tələblərlə başlayan etirazlar artıq nəzarətdən çıxıb. Aksiyaların miqyası böyüyür və hadisələr səngimək bilmir. Hakimiyyət nümayəndələri isə bütün baş verənlərdə marginal qrupların əli olduğunu vurğulayır. Qeyd edək ki, İstanbulda bu gün sabah saatlarında keçirilən əməliyyat zamanı həmin marginal qrup üzvlərinin həbs olunduğu ehtimal olunur
banner

Oxşar Xəbərlər