• cümə axşamı, 18 aprel, 22:54
  • Baku Bakı 21°C

“Gəzər bazar” bazarı ayağınıza gətirir - Fotolar

30.07.17 14:45 3200
“Gəzər bazar” bazarı ayağınıza gətirir - Fotolar
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yerli istehsalı dəstəkləmək məqsədi ilə həyata keçirdiyi səyyar satış sistemi bu həftədən fəaliyyətə başlayıb. "Gəzər bazar” tanıdıcı loqosu ilə təqdim olunan səyyar satış yük avtomobilləri fermerlərdən tədarük olunmuş məhsulları həftəsonu yarmarkalara çıxarıb. Altı ədəd yük avtomobili vasitəsi ilə 30 tona qədər məhsul Xətai rayonu, Bakı kinoteatrının qarşısındakı, Binəqədi rayonu, "Elit” Ticarət mərkəzinin arxasındakı və Sumqayıt şəhərində təşkil olunmuş yarmarkalarda satışa təqdim olunub. Səyyar satış avtomobilləri sabah da adıçəkilən yarmarkalara kənd təsərrüfatı məhsulları çıxaracaq. Məhsulların qiyməti mövcud qiymətlərlə müqayisədə 20 faiz ucuzdur.

Bazar ertəsindən etibarən isə "Gəzər bazar” avtomobilləri paytaxtın bütün rayonlarında satış prosesinə başlayacaq.

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bir müddət əvvəl şəxsi yük avtomobili olan şəxsləri və dükan sahiblərini əməkdaşlığa dəvət etmişdi. Marağı olan şəxslər müraciət edə bilər.

Səhmdar Cəmiyyət tərəfindən tətbiq ediləcək güzəştlər:

- Müvafiq icra hakimiyyəti orqanları tərəfindən səyyar satış üçün tələb olunan xüsusi icazələrin alınması;

- Növündən asılı olmayaraq məhsulların topdansatış qiymətinə verilməsi.

Maraqlananların daha geniş məlumat almaları və müqavilə bağlamaları üçün aşağıdakı ünvana müraciət etmələri xahiş olunur.

Ünvan: "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti, Bakı ş., Qaradağ rayonu, Lökbatan q., Xocahəsən yolu 57 (Meyvəli Loqistika Mərkəzi).
Əlaqə telefonu: 012 555 04 14



banner

Oxşar Xəbərlər