• cümə axşamı, 28 mart, 14:38
  • Baku Bakı 16°C

Ögey qızını döyüb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

01.08.17 13:00 1341
Ögey qızını döyüb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı ögey qızını öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxsin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra iclasda E. Hacıyevin vəkili Qubad Salayev çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
E. Hacıyev isə son sözlə çıxış etməyib. O, günahının olmadığını deyib.
Hakimlər müşavirəyə gedib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, E. Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Xırdalanda kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva polisə qızının müəyyən edilməmiş avtomobillə vurulması və ölməsi barədə məlumat verib. Sonradan onun döyülərək qətlə yetirildiyi müəyyənləşib.
banner

Oxşar Xəbərlər