• cümə axşamı, 25 aprel, 17:46
  • Baku Bakı 23°C

Getməsə heç nə qazana bilməyəcək?

17.05.18 13:30 663
Getməsə heç nə qazana bilməyəcək?
"Barselona” və Braziliya yığmasının sabiq futbolçusu Rivaldo PSJ-nin oyunçusu Neymar barədə danışıb.
Kaspi.az xəbər verir ki, Rivaldo Neymarın PSJ-ni tərk etməli olduğunu bildirib. O, Paris klubunda qalacağı təqdirdə, Neymarın ciddi uğur qazana bilməyəcəyini iddia edib:
"Əgər Neymar PSJ-dən getməsə, onda ciddi heç nə qazana bilməyəcək. Xüsusən də ən vacib turnirdə - Çempionlar Liqasında.
Fransa çempionatı İngiltərə və İspaniya çempionatlarından zəifdir. O, tarixi olmayan bir klubda oynayır”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Neymar yay transfer dönəmində "Real”a keçəcək.
banner

Oxşar Xəbərlər