Getməsə heç nə qazana bilməyəcək?
"Barselona” və
Braziliya yığmasının sabiq futbolçusu Rivaldo PSJ-nin oyunçusu Neymar barədə
danışıb.
Kaspi.az xəbər
verir ki, Rivaldo Neymarın PSJ-ni tərk etməli olduğunu bildirib. O, Paris
klubunda qalacağı təqdirdə, Neymarın ciddi uğur qazana bilməyəcəyini iddia edib:
"Əgər Neymar
PSJ-dən getməsə, onda ciddi heç nə qazana bilməyəcək. Xüsusən də ən vacib
turnirdə - Çempionlar Liqasında.
Fransa
çempionatı İngiltərə və İspaniya çempionatlarından zəifdir. O, tarixi olmayan
bir klubda oynayır”.
Bir müddət əvvəl
məlumat yayılmışdı ki, Neymar yay transfer dönəmində "Real”a keçəcək.