• cümə, 19 Aprel, 20:32
  • Baku Bakı 24°C

Geres Vatkins: Yenidən Bakıda olmaq istərdim

29.05.19 13:02 510
Geres Vatkins: Yenidən Bakıda olmaq istərdim
Azərbaycanda əvvəllər olmasam da, paytaxtınız çox xoşuma gəlir və səfərimdən zövq alıram. Bakı ilə tanışlıq şəhərinizin necə inkişaf etdiyinin şahidi oldum, insanlarının mehribanlığı, gülərüzlülüyü və qonaqpərvərliyi məni valeh etdi. Yenidən Bakıda olmaq istərdim.
Bu fikriAZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final görüşünü canlı izləmək üçün Bakıya gələn ingilis turist Geres Vatkins deyib.
Final oyunu barədə təəssüratlarını bölüşən Geres Vatkins söyləyib: "UEFA Avropa Liqasının final oyununun maraqlı keçəcəyinə əminəm. İnanıram ki, hər iki komanda yaddaqalan oyun nümayiş etdirəcək. "Arsenal” komandasına azarkeşlik edirəm. Bu səbəbdən də uzaq məsafəni qət etmişəm. Oyunda hansı komandanın qalib olduğunu ancaq zaman göstərəcək”.
banner

Oxşar Xəbərlər