• cümə, 26 Aprel, 01:08
  • Baku Bakı 16°C

“Gerçək soyqırımı ermənilər türk millətinə qarşı törədib”

23.04.15 09:09 1202
“Gerçək soyqırımı ermənilər türk millətinə qarşı törədib”
Deportasiya Qurbanları Mərkəzinin (DQM) İdarə Heyəti qondarma erməni soyqrımı ilə bağlı bəyanatla çıxış edib. Mərkəz son günlər saxta erməni soyqırımı ilə bağlı verilən bəyanatlarla tanış olduğunu və erməni təəssübkeşliyinə xidmət edən bu kimi mövqelərə qəti etiraz etdiyini bəyan edib. DQM aprelin 12-də Vatikandakı Müqəddəs Pyotur kilsəsində təşkil edilən mərasimdə Roma Papası Fransiskinin I dünya müharibəsində Osmanlı dövlətində baş verən olayları “erməni soyqrımı” adlandırmasına da kəskin etirazını ifadə edib. Bəyan olunub ki, Roma Papasının bu bəyanatı erməni sevgisindən irəli gəlir və xristian təəssübkeşliyinin təzahürüdür.
DQM bəyan edib ki, sözdə erməni soyqrımı kimi mücərrəd və heç bir əsasa söykənməyən bu kimi fikirlər heç bir halda qəbul edilməzdir: “Roma Papasının bu mövqeyini qətiyyətlə pisləyir, bunun sülhə xidmət etmədiyini bəyan edirik. Roma Papası dini rəhbər olaraq dünyada sülhü təbliğ etməli, millətlər arasında ədavəti artırmamalıdır”.
DQM 1915-ci il olayları zamanı ermənilər tərəfindən soyqrımı aktı həyata keçirildiyini, Zəngəzurda, Qarabağda, İrəvanda, Bakıda, Təbrzdə və digər Azərbaycan şəhərlərində azərbaycanlı türklərin xüsusi amansızlıqla qətlə yetirildiyini, soyqrım həyata keçirildiyini xatırladır. Mərkəz Roma Papasını ermənilərin Xocalıda törətdiyi soyqrım aktına münasibət bildirməyə səsləyir və əsl soyqrım aktının 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədildiyini xatırladır.
DQM Avropa Parlamentinin saxta erməni soyqırımını tanıyan qətnaməsini Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi hesab edib. Bildirib ki, 1915-ci il hadisələrini siyasətçilər deyil, alimlər və tarixçilər araşdırmalıdır: “Avropa Parlamentinin məlum qətnaməsi tarixi faktlara, reallığa əsaslanmır. Bu açıq sürətdə Ermənistana dəstək xarakteri daşıyır. Biz Türkiyənin yanında olduğumuzu bəyan edir, ona hər cür dəstəyimizi ifadə edirik. Hesab edirik ki, Vatikan, Avropa Parlamenti və digər mərkəzlər son yüz ildə ermənilər tərəfindən dəfələrlə etnik təmizləmə siyasətinə, köçlərə məcbur edilən, qətlə yetirilən, mülkləri talan olunan Qərbi Azərbaycan türkləri ilə bağlı məsələlərdə susması ikili standartın bariz nümunəsi, xristian təəssübkeşliyinin əyani sübutudur”.
Kaspi.az
banner

Oxşar Xəbərlər