• şənbə, 20 Aprel, 11:00
  • Baku Bakı 14°C

“Gepard” da hərəkətə keçdi

11.12.13 08:05 1141
“Gepard” da hərəkətə keçdi
Ukrayna DİN-in “Berkut” xüsusi təyinatlı polis dəstəsi Kiyevin Müstəqillik meydanında qurulan barrikadalara Mixaylovski küçəsi istiqamətindən yenidən hərəkətə keçib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlılar etirazçıları ikinci barrikadaya sıxışdırmağa nail olublar.
Məlumata görə, asayiş keşikçiləri əvvəlcə bir nöqtədən hərəkətə keçiblər, sonra isə həmlənin miqyasını genişləndirməyə nail olublar. Etirazçılar xüsusi təyinatlıların irəliləməsini dayandırmağa çalışırlar. Müstəqillik meydanına cəlb olunmuş “Gepard” xüsusi təyinatlı polis dəstəsi əvvəlcə aksiyanın dağıdılmasında iştirak etməyib, lakin sonradan “Berkut” xüsusi təyinatlılarla birgə hərəkətə keçib.
Kommunal xidmətlərin işçiləri hadisə yerini tərk ediblər.
Qeyd edək ki, bundan əvvəl kommunal işçilər qreyder və ekskavatorlarla meydanın ətrafında - Mixaylovski və İnstitutski küçələri istiqamətində dağıdılmış birinci barrikadanın qalıqlarını yük maşınlarına yükləyiblər. Xüsusi təyinatlılar kommunal işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə onları əhatəyə almışdı. Bundan sonra xüsusi təyinatlılar irəliləməni dayandırmışdılar.
banner

Oxşar Xəbərlər