• cümə axşamı, 25 aprel, 20:13
  • Baku Bakı 21°C

Georgi Marqvelaşvili: “Gürcüstanda siyasi təqiblər olmayacaq”

28.10.13 17:52 1258
Georgi Marqvelaşvili: “Gürcüstanda siyasi təqiblər olmayacaq”
Gürcüstanda siyasi təqiblər olmayacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili bu gün baş naziri Bidzina İvanişvil ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ukraynalı jurnalistin sabiq prezident Mixail Saakaşvilinin təqib edilib-edilməyəcəyi barədə sualını cavablandıran G.Marqvelaşvili deyib ki, prezident prokuror səlahiyyətlərinə malik deyil: “Siyasi və mənəvi təqibin olmayacağının qarantı mənəm. Lakin cinayətə görə təqib mənim səlahiyyətlərim xaricində olan mövzudur. ABŞ, Avropa dövlətləri hüquqi əsaslarla qurulub və bizim dövlətin təməli də belədir”.
banner

Oxşar Xəbərlər