• cümə, 29 Mart, 17:43
  • Baku Bakı 14°C

Georgi Kvirikaşvili: Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təmin olunmasında vacib mexanizmlərdən biridir

19.02.17 21:47 918
Georgi Kvirikaşvili: Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təmin olunmasında vacib mexanizmlərdən biridir
"Gürcüstan regional əməkdaşlığa böyük önəm verir. Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təmin olunmasında vacib mexanizmlərdən biridir”.
Gürcüstan hökuməti başçısının mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, bu sözləri Baş nazir Georgi Kvirikaşvili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatlardakı çıxışı zamanı deyib.
Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin buna ən parlaq misal olduğunu vurğulayıb.
Bildirib ki, bizim "İpək yolu” iqtisadi zonası sayəsində, Avropa və Asiyanı bir-birinə bağlayan "Bir kəmər - bir yol” təşəbbüsü ilə yeni imkanlarımız var.
banner

Oxşar Xəbərlər