• cümə, 29 Mart, 00:10
  • Baku Bakı 7°C

Georgi Kvirikaşvili: “Azərbaycan ilə Türkiyə bizim strateji tərəfdaşlarımızdır”

26.11.16 21:45 871
Georgi Kvirikaşvili: “Azərbaycan ilə Türkiyə bizim strateji tərəfdaşlarımızdır”
"Azərbaycan ilə Türkiyə bizim strateji tərəfdaşlarımızdır və Gürcüstan hökuməti bu münasibətləri daha da inkişaf etdirmək niyyətindədir”.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili parlamentin noyabrın 26-da keçirilən iclasında söyləyib.
Baş nazir hökumətin növbəti illər üçün strateji fəaliyyət planını və yeni tərkibini deputatlara təqdim edib, parlamentdən dəstək istəyib.
G.Kvirikaşvili deyib: "Biz Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşdırılan layihələrə böyük önəm veririk. Şərq-Qərb dəhlizini genişləndirmək və irimiqyaslı layihələri birgə həyata keçirməklə biz, həm mövqelərimizi möhkəmləndirəcək, həm də xalqlarımızın rifah halını yaxşılaşdıracağıq”.
Baş nazir ölkəsinin Avropaya inteqrasiyası, NATO ilə əməkdaşlığı məsələlərinə də aydınlıq gətirib. Bu iki beynəlxalq təşkilatla əməkdaşlığın genişləndirilməsinin Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.
Qeyd edək ki, hazırda parlamentdə müzakirələr davam edir. Günün sonunadək parlament hökumətin yeni tərkibini və strateji fəaliyyət planını təsdiq etməlidir.
banner

Oxşar Xəbərlər