• cümə axşamı, 18 aprel, 16:17
  • Baku Bakı 22°C

"Generalların Bakı görüşü 3-cü dünya müharibəsi riskinin qarşısını almaq məqsədi daşıyır"

19.04.18 16:00 660
"Generalların Bakı görüşü 3-cü dünya müharibəsi riskinin qarşısını almaq məqsədi daşıyır"
"Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişi meydançadır. Burada Azərbaycanın güclu silahlı qüvvələrinin olması da rol oynayır".
Bu sözləriAPA-nın Moskva müxbirinə açıqlamasında "Milli Müdafiə" jurnalının baş redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış hərbi ekspertİqor KorotçenkoBakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov vəNATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottiarasında keçirilən görüşü şərh edərkən bildirib.
Ekspert deyib ki, Rusiya vəNATOhərbi rəhbərliyinin Bakıda görüşməsinin əsas səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun olduqca yüksək olmasıdır: "O ki qaldı danışıqların mövzusu məsələsinə, deyə bilərəm ki, danışıqlarda əsas müzakirə mövzusu Rusiya vəNATOmünasibətlərində mövcud olan ümumi gərginlikdir. Generallar bu gərginliyin azaldılmasını, məsələnin birbaşa hərbi toqquşmalara gətirib çıxarılmamasını müzakirə edəcəklər. Rusiya-NATOŞurasının xətti ilə bloklanan dialoqun davam etdirilməsi də müzakirə mövzularından olacaq. Ona görə də, hesab edirəm ki, Gerasimov-Skaparotti görüşü hərbi-siyasi məsləhətləşmələr və üçüncü dünya müharibəsinin yaranması riskinin qarşısını almaq məqsədi daşıyır".
İ. Korotçenko görüşdə konkret olaraqSuriya, Ukrayna və digər münaqişələrin müzakirə olunmayacağını vurğulayıb: "Məncə,Suriya, Ukrayna və digər münaqişələr deyil, hansısa real hərbi-siyasi məsləhətləşmələr mexanizminin yaradılması üçün ümumilikdə Rusiya-NATOəməkdaşlığı müzakirə olunacaq. Bu gün Brüsselin günahı ucbatından Rusiya-NATOŞurasının fəaliyyəti bloklanıb. Orada Rusiya vəNATOarasında dialoq mümkün deyil. Bakıda isə Rusiya vəNATOgeneralları üz-üzə real problemləri müzakirə edəcəklər. Düşünürəm ki, bu problemlərNATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması, Şimali Atlantika alyansının Baltik dənizi akvatoriyasında təhlükəli fəaliyyəti, ABŞhavahücumundan müdafiə sisteminin Avropada yerləşdirilməsidir. Mümkündür ki, Ukrayna vəSuriyamünaqişəsi də müzakirə olunsun. Lakin bu, əsas mövzu deyil. Bununla belə, generallar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi kontekstində Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə də toxunacaqlar".
TASS agentliyinin hərbi şərhçisiViktor Litovkinisə qeyd edib ki, Rusiya vəNATOgeneralları ilk dəfə deyil Bakıda görüşürlər: "Generalların Bakıda görüşməsinin əsas səbəbi məncə AzərbaycanınNATOvə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yerləşməsidir. Bu, birinci səbəbdir. İkinci səbəb Azərbaycan paytaxtının qonaqpərvər şəhər olmasıdır. Belə yüksək səviyyədə danışıqlar aparmaq üçün Bakıda hər cür şərait var. Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya vəNATOgeneralları üçün Bakıda işləmək rahatdır".
V. Litovkinin sözlərinə görə, danışıqların mövzusu ənənəvidir: "Bu, mövcud olan münaqişələrdir. Ukrayna vəSuriyamünaqişələri,NATOvə Rusiya arasında toqquşma risklərinin yaranmasının qarşısını almaq,NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Düşünürəm ki, danışıqların mövzusu genişdir".
Həmkarından fərqli düşünən V. Litovkin Gerasimov və Skaparottinn danışqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunmayacaqlarını bildirib: "Düşünmürəm ki, onlar Qarabağ probleminə toxunsunlar. Prinsipcə, nəNATO, nə KTMT-nin bu problemə aidiyyəti var. Lakin sözsüz ki, onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olması barədə danışa bilərlər. Ümumilikdə Cənubi Qafqazda təhlükəsizlik problemi isə danışıqlarda müzakirə mövzularından biridir".
banner

Oxşar Xəbərlər