AZE | RUS | ENG |

"Generalların Bakı görüşü 3-cü dünya müharibəsi riskinin qarşısını almaq məqsədi daşıyır"

"Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişi meydançadır. Burada Azərbaycanın güclu silahlı qüvvələrinin olması da rol oynayır".
 
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında "Milli Müdafiə" jurnalının baş redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış hərbi ekspert İqor Korotçenko Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti arasında keçirilən görüşü şərh edərkən bildirib.
 
Ekspert deyib ki, Rusiya və NATO hərbi rəhbərliyinin Bakıda görüşməsinin əsas səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun olduqca yüksək olmasıdır: "O ki qaldı danışıqların mövzusu məsələsinə, deyə bilərəm ki, danışıqlarda əsas müzakirə mövzusu Rusiya və NATO münasibətlərində mövcud olan ümumi gərginlikdir. Generallar bu gərginliyin azaldılmasını, məsələnin birbaşa hərbi toqquşmalara gətirib çıxarılmamasını müzakirə edəcəklər. Rusiya-NATO Şurasının xətti ilə bloklanan dialoqun davam etdirilməsi də müzakirə mövzularından olacaq. Ona görə də, hesab edirəm ki, Gerasimov-Skaparotti görüşü hərbi-siyasi məsləhətləşmələr və üçüncü dünya müharibəsinin yaranması riskinin qarşısını almaq məqsədi daşıyır".
 
İ. Korotçenko görüşdə konkret olaraq Suriya, Ukrayna və digər münaqişələrin müzakirə olunmayacağını vurğulayıb: "Məncə, Suriya, Ukrayna və digər münaqişələr deyil, hansısa real hərbi-siyasi məsləhətləşmələr mexanizminin yaradılması üçün ümumilikdə Rusiya-NATO əməkdaşlığı müzakirə olunacaq. Bu gün Brüsselin günahı ucbatından Rusiya-NATO Şurasının fəaliyyəti bloklanıb. Orada Rusiya və NATO arasında dialoq mümkün deyil. Bakıda isə Rusiya və NATO generalları üz-üzə real problemləri müzakirə edəcəklər. Düşünürəm ki, bu problemlər NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması, Şimali Atlantika alyansının Baltik dənizi akvatoriyasında təhlükəli fəaliyyəti, ABŞ hava hücumundan müdafiə sisteminin Avropada yerləşdirilməsidir. Mümkündür ki, Ukrayna və Suriya münaqişəsi də müzakirə olunsun. Lakin bu, əsas mövzu deyil. Bununla belə, generallar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi kontekstində Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə də toxunacaqlar". 
 
TASS agentliyinin hərbi şərhçisi Viktor Litovkin isə qeyd edib ki, Rusiya və NATO generalları ilk dəfə deyil Bakıda görüşürlər: "Generalların Bakıda görüşməsinin əsas səbəbi məncə Azərbaycanın NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yerləşməsidir. Bu, birinci səbəbdir. İkinci səbəb Azərbaycan paytaxtının qonaqpərvər şəhər olmasıdır. Belə yüksək səviyyədə danışıqlar aparmaq üçün Bakıda hər cür şərait var. Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya və NATO generalları üçün Bakıda işləmək rahatdır".
 
V. Litovkinin sözlərinə görə, danışıqların mövzusu ənənəvidir: "Bu, mövcud olan münaqişələrdir. Ukrayna və Suriya münaqişələri, NATO və Rusiya arasında toqquşma risklərinin yaranmasının qarşısını almaq, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Düşünürəm ki, danışıqların mövzusu genişdir".
 
Həmkarından fərqli düşünən V. Litovkin Gerasimov və Skaparottinn danışqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunmayacaqlarını bildirib: "Düşünmürəm ki, onlar Qarabağ probleminə toxunsunlar. Prinsipcə, nə NATO, nə KTMT-nin bu problemə aidiyyəti var. Lakin sözsüz ki, onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olması barədə danışa bilərlər. Ümumilikdə Cənubi Qafqazda təhlükəsizlik problemi isə danışıqlarda müzakirə mövzularından biridir". 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000