• şənbə, 20 Aprel, 09:53
  • Baku Bakı 14°C

Gənclərin şirkəti

02.02.15 11:55 1321
Gənclərin şirkəti
Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan “Veysəloğlu” şirkətlər qrupunun yaranmasından 20 il ötür. Qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş “Veysəloğlu” Satış və Distribütor Şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib. Sevindirici haldır ki, cari il özünün 20 illiyini qeyd edən “Veysəloğlu” Şirkətlər Qrupunda çalışan 17-35 yaş aralığında olan işçilər 78.3 faiz təşkil edir. Şirkət əməkdaşlarının 50.3 faizi isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, Şirkətlər Qrupunun 50 faizi, yəni tən yarısı gənclərdən ibarətdir. Hər zaman inkişaf etməkdə olan şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edir.
Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupu işçi heyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirdir. Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olmuş işçilərinin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan əməkdaşların övladlarının təhsil almalarına daim yardımçı olub.
Onu da əlavə edək ki, “Gənclər siyasəti haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanuna əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir.
Kaspi.az
banner

Oxşar Xəbərlər