• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

"Gənclərin sahibkarlıqla məşğul olması üçün hər cür şərait yaradılıb"

26.05.17 18:45 1149
"Gənclərin sahibkarlıqla məşğul olması üçün hər cür şərait yaradılıb"
Bu gün "Bizim Sahibkarlıq Fəaliyyətimiz (Enactus) Azərbaycan XII Milli Çempionat”ın açılış mərasimi keçirilib.
Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğuladı. Bu istiqamətdə görülmüş işlər barədə geniş məlumat verərək ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğının göstərildiyini qeyd etdi. Diqqətə çatdırdı ki, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir.
V.Quliyev gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını da diqqətə çatdırdı. Bildirdi ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illər gənc sahibkarların sayının artması müşahidə edilir. Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də dəstək göstərilir.
Sonda təşkil olunan çempionatın əhəmiyyətini qeyd edən V.Quliyev, gənclərə öz fəaliyyətlərini ölkəmizin sürətli iqtisadi inkişaf tempinə uyğun qurmalarını və perspektivləri nəzərə almalarını tövsiyə edib.
banner

Oxşar Xəbərlər