• çərşənbə, 24 Aprel, 11:17
  • Baku Bakı 13°C

"Gənclərin sahibkarlığa cəlb edilməsi iqtisadiyyatımızın inkişafına dəstəkdir" - Fotolar

01.07.16 16:46 1972
"Gənclərin sahibkarlığa cəlb edilməsi iqtisadiyyatımızın inkişafına dəstəkdir" - Fotolar
İqtisadiyyat Nazirliyi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov layihənin pilot xarakteri daşıdığını qeyd edib. O, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucovkonfransın mahiyyəti və uğurları haqqında gənclərə məlumat verib. Bildirib ki, gənclərin sahibkarlığa cəlb edilməsi iqtisadiyyatımızın inkişafına dəstəkdir. Onun sözlərinə görə, sahibkarlığa iddialı gənclərə innovativ düşüncə aşılanmalı və onlar arasında maarifləndirmə işləri aparılmalıdır. S.Orucov qeyd edib ki, təlimin məqsədi bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır.
Sonra gənc sahibkarlar gənclərə biznes etikası və mədəniyyəti, biznes planın yazılması qaydaları və təşkil edilməsi, marketinqin əsasları, innovativ biznes ideyaları və onların həyata keçirilməsi haqqında geniş məlumat veriblər.
Tədbirin sonunda gənclər biznes planları haqqında danışıb, təkliflər dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və kənd təsərrüfatı mallarının sərgisi keçirilib.
Kaspi.az

banner

Oxşar Xəbərlər