• cümə axşamı, 28 mart, 13:52
  • Baku Bakı 16°C

Gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi aktual məsələlərdəndir

22.02.20 15:30 689
Gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi aktual məsələlərdəndir
Prezident İlham Əliyevin gənclərə yönələn siyasətinin tərkib hissəsi olaraq gənclərin ictimai həyatda rolunun artırılması və məsul vəzifələrə irəli çəkilməsi baxımından onların qərar qəbuletmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə və digər liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdəndir. Bunu nəzərə alaraq, gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "GəncLİK” (Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramı fəaliyyətə başlayıb. Proqramın məqsədi potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsindən ibarətdir.
AZƏRTACxəbər verir ki, bu fikirlər fevralın 22-də Təhsil nazirinin müavini Firudin Qurbanovun "GəncLİK” proqramının 4 mərhələli seçim mərhələsindən uğurla keçən 30 gənc liderlə görüşündə səsləndirilib.
Qeyd edilib ki, seçilən gənc liderlər üçün peşəkar xarici və yerli mentorların iştirakı ilə təlimlər keçirilib, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunur.
GəncLİK proqramı çərçivəsində hər həftənin şənbə və bazar günləri gənc liderlərin dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunur.
Proqram iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın sədr müavini Nadir Adilov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sədri Taleh Ziyadov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə görüşlər təşkil olunub.
banner

Oxşar Xəbərlər