• cümə, 19 Aprel, 15:07
  • Baku Bakı 25°C

Gənclərin IV İslam Həmrəylik oyunlarında rolu

24.05.17 09:10 876
Gənclərin IV İslam Həmrəylik oyunlarında rolu
Azərbaycan adını bir daha tarixə qızıl hərflərlə yazmağa nail ola bildi. IV İslam Həmrəylik Oyunlarının paytaxt Bakıda möhtəşəm təşkili bütün İslam ölkələrinə həmrəylik nümunəsini sübut etdi. Azərbaycan tarix boyu multikultural dəyərlərə sahib çıxmağa çalışmış, hər zaman bütün dünya dinlərinin dəyərlərinə sahiblənmişdir. İslam dəyərlərinin ölkəmizdə daha çox insanın inancı olması, İslam ölkələri ilə güclü və strateji əməkdaşlıq Azərbaycanda İslam Oyunlarının keçirilməsinə birbaşa təsir edə bildi. Belə ki, 50-dən çox islam ölkəsinin həmrəyliyi nəticəsində Azərbaycan bir daha böyük idman ölkəsi olduğunu, ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində ortaya qoydu. Məhz bu səbəbdən Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medalla. I vitse-prezident, oyunların təşkilat komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkil olunan oyunlar ən yüksək səviyyədə təşkilatçılıq nümunəsi idi.
Təşkilat Komitəsi Azərbaycan üçün çox çətin və məsuliyyətli bir missiyanın öhdəsindən layiqincə gəldi. İstər təşkilatçılıq, istər qarşılanma, istər qonaqlarımızda Azərbaycan haqqında xoş təəssüratın yaradılmasında gənclərimiz rolu danılmaz və əvəzsiz idi. Tədbirlərin təşkilində yaxından iştirak edən, fəaliyyətləri ilə rəğbət qazanmış könüllülər, oyunları daha da yaddaqalan edə bildi. Bu, həm də gənclər üçün böyük bir təcrübə idi. Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, Formula 1 kimi böyük və mötəbər tədbirlərdən sonra artıq gənclər arasında möhtəşəm könüllülər komandası formalaşıb. Bağlanış mərasimində edilən təşəkkürlər də məhz gənclərə yönəlmişdi. "İRƏLİ” İctimai Birliyi sıralarında yer alan çox aktiv üzvlər də, oyunlarda yaxından təşkilatçı və könüllü qismində iştirak edirdi. Onlar da böyük idman oyunlarının bir parçasına çevrilə bildi.
Əminəm ki, gənclər, ölkəmizdə bu il yenidən keçiriləcək Formula1 yarışında, qadınlar arasında voleybol üzrə Avropa çempionatında və 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarında bugünkü kimi hazır komanda şəklində öz dəstəyini nümayiş etdirəcəklər.
Mirhəsən SEYİDOV
"İRƏLİ" İctimai Birliyinin sədri
banner

Oxşar Xəbərlər