AZE | RUS | ENG |

Gənclərin elmə marağının artırılması üçün imkanlar genişləndirilir

Gənclərin elmə marağının artırılması üçün imkanlar genişləndirilir
Azərbaycan gənclərinin tədqiqatçılıq bacarığının, elmə marağının artırılması, xarici dillər öyrənməsi üçün imkanlar genişləndirilir.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Sabahın alimləri" VIII Respublika müsabiqəsinin açılış mərasimində çıxış edən zaman deyib.

M.Vəliyevanın sözlərinə görə, gənclərin ixtisaslı kadr kimi yetişməsi üçün tədbirlər həyata keçirilir.

Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəal iştirak etdiyini deyən nazir müavini əlavə edib ki, gənclərin potensialının düzgün istiqamətləndirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətidir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib".

M.Vəliyeva "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsinin əsas strateji hədəflərdən biri olduğunu vurğulayıb. Nazir müavini nəzərə çatdırıb ki, ölkəmizdə səkkizinci dəfə keçirilən "Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir.

Nazir müavini müsabiqədə iştirakın şagirdlərin sonrakı inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Belə ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş "Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub.

Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056