• çərşənbə axşamı, 19 mart, 12:10
  • Baku Bakı 8°C

“Gənclərimizin üzərinə böyük vəzifələr düşür” – Millət vəkili

27.01.21 18:00 543
“Gənclərimizin üzərinə böyük vəzifələr düşür” – Millət vəkili
"Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir çox məqamlara diqqət çəkdi. Bu günə qədər görülmüş işlərin qeyd edilməsi ilə yanaşı qarşıda duran vəzifələrin də xüsusi dəqiqliklə vurğulanması deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə daha böyük uğurlara imza atacaqdır”.
Bu barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri "Kaspi" qəzetinə şərh edən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, gələcəkdə uğurların qazanılması üçün gənclərin potensialından istifadə edilməsi mütləqdir.
Onun sözlərinə görə, Azərbaycan gəncliyi müasir düşüncəli, yüksək intellektə malik gənclikdir: "Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti nəticəsində ölkə gənclərinin xarici ölkələrdə yüksək ali təhsil almaları, müsair elmi biliklərə yiyələnmələri dövlətimiz tərəfindən təmin olunur. Gənclərimizin xarici ölkələrdə ali təhsil aldıqdan sonra qayıdaraq ölkəmizin gələcək inkişafına öz töhfələrini vermələri mütləqdir. Cənab Prezidentimiz İlham Əliyev də hər zaman çıxışlarında bunları qeyd edir. Dövlətimiz hər zaman gənclər üçün imkanlar yaradır, onların irəli çəkilməsini təmin edir. Xaricdə təhsil alan gənclərimiz bu işlərdə ön sıralarda dayanırlar. Bir sözlə dövlətimiz gənclər üçün lazimi şəriti yaradır və cənab Prezidentimizin tapşırıqlarına əsasən bundan sonra da gənclər üçün bütün imkanlar yaradılacaq ki, onlar ölkəmizin gələcək inkişafına öz töhfələrini versinlər”.
Millət vəkili yaşadığımız dövürün müsair texnologiyalar əsri olmasına da diqqət çəkib: "Cənab Prezident İlham Əliyevin də əsas məqsədi odur ki, Azərbaycan həm müasir texnologiyaların tətbiq edildiyi, həm də müasir texnologiyalar istehsal edən bir ölkəyə çevrilsin. Məhz bu işlərdə gənclərimizin də üzərinə böyük vəzifələr düşür. Dövlətimizin, dövlət başçımızın gənclərə göstərdiyi etimadı doğruldaraq ölkəmizin inkişafına töhfə vermək hər bir gəncin əsas amalı olmalıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər