Gənclərimiz üçün əsl qəhrəmanlıq örnəyi
Fevralın
21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sovet
qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir
keçirilib.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə
keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları,
Silahlı Qüvvələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri,
veteranlar və xarici qonaqlar iştirak ediblər.
Tədbirdə
ümummilli lider Heydər Əliyevin, Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi
bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad
edilib, dövlət himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi,
general-leytenantArzu Rəhimovçıxış edərək bildirib ki, digər müharibələrdə olduğu kimi,
Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq
nümunələri göstəriblər. Zəngin döyüş təcrübəsi toplamış Əfqanıstan müharibəsi iştirakçıları 1988-ci
ildən 1994-cü ilədək Qarabağ müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi
bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında da fəal iştirak ediblər. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda
gedən döyüşlərdə göstərdikləri fədakarlığa və şücaətə
görə Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı” adına, 36
nəfəri "Azərbaycan bayrağı” ordeninə, müxtəlif dövlət təltiflərinə və
medallara, həmçinin bir neçə hərbi qulluqçu general ali rütbəsinə layiq
görülüb. Əfqanıstan müharibəsinin azərbaycanlı
veteranlarının fədakarlıqları gənclərimiz üçün əsl qəhrəmanlıq örnəyidir.
Bu
gün ölkəmizdə yeddi minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu
vurğulayan Xidmət rəisi onların cəmiyyət həyatında fəallıq iştirak etdiklərini,
gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfələr verdiklərini
deyib. Xüsusi qeyd olunub ki, ulu öndər Heydər Əliyev Əfqanıstan müharibəsinin
iştirakçılarına yüksək diqqət və qayğı göstərib. Bu siyasət hazırda Prezident
İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
MDB
ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə
komitənin və "Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının
üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenantRuslan
Auşevbildirib ki, başa çatmasından 30 il keçməsinə
baxmayaraq, Əfqanıstan müharibəsi həyatımızın unudulmaz mərhələsi kimi yadda
qalıb. Bu müharibə bizim üçün böyük həyat dərsi, fədakarlıq dövrü idi.
Azərbaycanda
Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan məmnunluqla
söz açan R.Auşev sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü
ilə bağlı ölkəmizdə keçirilən bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Azərbaycan
Respublikası müdafiə nazirinin müavini, general-leytenantKərim Vəliyevmüdafiə
naziri, general-polkovnik Zakir Həsənovun tədbir iştirakçılarına və Əfqanıstan
müharibəsi veteranlarına ünvanlanan təbrik məktubunu oxuyub.
Əfqanıstan
müharibəsi veteranları adından çıxış edənƏfqanıstan
müharibəsindən iki "Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda
olan zabit Şakir Əhmədovxatirələrini bölüşüb, ölkəmizdə onlara göstərilən yüksək diqqət
və qayğıdan danışıb. O, Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi
işində veteranların daim fəal iştirak etdiklərini vurğulayıb. Ş.Əhmədov
Əfqanıstan müharibəsi veteranlarının torpaqlarımızın işğaldan azad edilməsi
üçün Ali Baş Komandanın əmrinə daim hazır olduqlarını bildirib.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi
müdirinin müaviniƏrəstun
MehdiyevƏfqanıstan müharibəsinin başa çatmasının 30-cu
ildönümü münasibətilə veteranları təbrik edərək bildirib ki, həmin müharibənin
iştirakçıları qanlı döyüşlərdə əsl fədakarlıq göstərək, üzərlərinə düşən məsul
vəzifəni layiqincə yerinə yetiriblər. Müharibə iştirakçılarının xidmətlərinin
dövlət tərəfindən daim qiymətləndirildiyini vurğulayan Ə.Mehdiyev deyib ki,
müharibənin od-alovundan keçən həmin insanlar ləyaqətli vətəndaşlar kimi Azərbaycanın
ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün Azərbaycan dövləti
Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir. Prezident
İlham Əliyev şəhid ailələrinə, veteranlara qayğı göstərilməsini, onların
sosial-məişət problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.
Çıxışlardan
sonra Əfqanıstan müharibəsi, eləcə də ölkəmizdə bu müharibənin iştirakçısı olan
veteranlara göstərilən dövlət qayğısından bəhs edən film nümayiş olunub.
Tədbir
konsert proqramı ilə başa çatıb.