• cümə, 19 Aprel, 10:51
  • Baku Bakı 13°C

Gənclərə yeni mediada milli təhlükəsizliyi təhdid edən informasiyalarla bağlı məlumat verilib

16.06.15 17:05 1271
Gənclərə yeni mediada milli təhlükəsizliyi təhdid edən informasiyalarla bağlı məlumat verilib
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsi çərçivəsində “Jurnalistika ixtisasına yiyələnmək istəyən gənclərin yeni mediada milli təhlükəsizliyi təhdid edən informasiyalarla bağlı bilgiləndirilməsi” mövzusunda 6 dəfəlik təlim keçirib. Təlimdə yeni media və internetdə milli təhlükəsizliyə xələl gətirən informasyalar, onların mahiyyəti sözügedən kateqoriyaya aid gənclərə başa salınıb, “Dövlət sirri haqqında” və “KİV haqqında” qanunların müvafiq bəndləri və bu barədə dünya praktikası aşılanıb. Təlimlər Bakı Slavyan Universitetində keçirilib. Yeni media üzrə mütəxəssis Xaqani Səfəroğlunun təlimçi kimi çıxış etdiyi təlimdə 20 gənc iştirak edib.
Qeyd edək ki, layihə çərçivəsində həmçinin, “Yeni mediada informasiya təhlükəsizliyi məsələləri ilə bağlı düzgün iştirak” mövzusunda təlimlər də keçirilib. Bu cür təlimlərin layihə çərçivəsində Masallıda da keçirilməsi planlaşdırılır. Bundan başqa, mövzu ilə bağlı kitabça nəşri və həmçinin, “yenimedia.info” saytının layihə çərçivəsində təkmilləşdirilməsi də planlaşdırılır.
banner

Oxşar Xəbərlər