• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

“Gənclər yad düşüncələrə qarşı barışmaz mövqe tutmalıdırlar“

25.08.15 14:53 818
“Gənclər yad düşüncələrə qarşı barışmaz mövqe tutmalıdırlar“
Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Qusar rayonunda keçirib.
Birlikdən verilən verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycançılıq ideyası müasirliyi və milli-mənəvi dəyərlərə sahib çıxmağı, eləcə də tolerantlığı özündə ehtiva edən ali dəyərdir. Müasir və ənənələrinə sadiq olan müstəqil Azərbaycan dövləti bu gün bu ali dəyəri qloballaşan dünyaya nümunə olaraq təqdim etməkdədir.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, istər müharibə, istərsə də atəşkəs dövründə Qarabağın azadlığı uğrunda şəhid verməmiş olsun.
Onun sözlərinə görə, Azərbaycanın müqəddəs şəhidlik məktəbi öz adət-ənənələrini mühafizə edən xalqımızın birlik və bərabərliyinin mübarək göstəricisidir:
“Bu gün Azərbaycan gəncləri, eləcə də Qusarın işıqlı cavanları hər zaman olduğu kimi indi də radikal və yad düşüncələrə qarşı barışmaz mövqe tutmalı, məmləkətimizin əsrlərdən gələn ənənəvi qardaşlığını gələcək nəsillərə ötürməlidirlər. Mən bunu cəsarətlə demək istəyirəm ki, ölkədə milli və dini tolerantlığın, eləcə də mədəni irsimizin həqiqi təəssübkeşi İlham Əliyevdir”.
Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba şöbəsinin müdiri Eynulla Nurullayev mövzu ətrafında çıxış ediblər.
Qeyd edək ki, tədbirdə Qusar rayon ictimaiyyətinin nümayəndələri, gənclər fəal iştirak ediblər.

banner

Oxşar Xəbərlər