• cümə axşamı, 28 mart, 17:02
  • Baku Bakı 16°C

Gənclər və İdman Nazirliyində pozuntular müəyyən edilib

12.05.18 15:00 540
Gənclər və İdman Nazirliyində pozuntular müəyyən edilib
Azərbaycan RespublikasıGənclər və İdman Nazirliyinin fəaliyyətində maliyyə nöqsanları aşkarlanıb.
APA-nın məlumatına görə, bu, Azərbaycan Hesablama Palatasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabatda əks olunub.
Ötən il aparılan yoxlamalar nəticəsində aşkar olunub ki, nazirlikdə əməkhaqqının ödənilməsi üzrə 10433,6, ezamiyyə xərcləri üzrə 49,6, satınalmalar üzrə 13475, tədbirlərin keçirilməsi üzrə 48379,7, digər xərclər üzrə 35696,6 və vergi, rüsum, və s. ödəmələr üzrə 323,6 olmaqla, ümumilikdə 108358,1 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə bərpa etdirilib.
banner

Oxşar Xəbərlər